443.1. Bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır.
443.2. Bu Məcəllənin177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aşağıdakıları yerinə yetirməlidir:
443.2.1. aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək;
443.2.2. 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmək.
443.3. Məhkəmə nəzarətini həyata keçirən məhkəmə bu Məcəllənin 443.2.2-ci maddəsində nəzərdə tutulmuş materialları aldıqdan sonra 48 saat müddətində məhkəmə qərarı olmadan aparılmış istintaq hərəkətinin qanuniliyini bu Məcəllənin 447-ci maddəsində nəzərdə tutulmuş qaydada yoxlayır.
443.4. Yoxlamanın nəticələrinə görə hakim istintaq hərəkətinin qanuni hesab edilməsi, yaxud qanunsuz hesab edildiyi halda məhkəmə qərarı olmadan istintaq hərəkətinin keçirilməsinə dair qərarın ləğv edilməsi barədə əsaslandırı Maddə 443. Məhkəmənin qərarı əsasında … edilməsi, yaxud qanunsuz hesab edildiyi halda məhkəmə qərarı olmadan istintaq hərəkətinin keçirilməsinə dair qərarın ləğv edilməsi barədə əsaslandırılmış qərar çıxarır.
443.5. İstintaq hərəkətinin qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarının surəti qərar çıxarıldıqdan dərhal sonra müvafiq istintaq hərəkətinin aparılmasına dair qərarı qəbul edən müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və həmin qərarla hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə göndərilir.
443.6. İstintaq hərəkətinin aparılmasına dair qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror təxirəsalınmadan şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün zəruri tədbirlər görür.