QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 444

Maddə 444. Məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri və bu tədbirlərlə bağlı digər məsələlər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

444.1. Aşağıdakı prosessual məcburiyyət tədbirləri yalnız məhkəmənin qərarı əsasında tətbiq edilir:

444.1.1. bu Məcəllənin 152-ci maddəsində nəzərdə tutulmuş hallarda tutulma və ya bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hallarda tutulma müddətinin uzadılması;

444.1.2. qətimkan tədbiri qismində həbs; 444.1.2-1. qətimkan tədbiri qismində ev dustaqlığı; 444.1.2-2. qətimkan tədbiri qismində girov;

444.1.3. qətimkan tədbiri qismində təqsirləndirilən şəxsin vəzifədən kənarlaşdırılması;

444.1.4. məhkəmə-psixiatriya və ya məhkəmə-tibb ekspertizasının aparılması üçün şübhəli, təqsirləndirilən və ya psixi vəziyyətinə görə təqsirləndirilən şəxs qismində cəlb edilə bilməyən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi.

444.2. Cinayət təqibi orqanının tələbləri yerinə yetirilmədikdə, məhkəmənin qərarı əsasında, həmçinin aşağıdakı prosessual məcburiyyət tədbirləri tətbiq edilir:

444.2.1. şəxsin ekspertizadan keçirilməsi və ya tibb müəssisəsinə yerləşdirilməsi üçün onun tibb müəssisəsinə çatdırılması;

444.2.2. tədqiqat üçün nümunələrin götürülməsi.

444.3. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr məhkəmənin qərarı əsasında dəyişdirilə, ləğv edilə, yaxud onun üzərinə əlavə vəzifələr qoyula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver