QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 446

Maddə 446. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi , cinayət təqibi üzrə qiyabi icraatın açılması,

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Maddə 446. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin həlli üçün məhkəməyə müraciət etmə * (446-cı maddənin adına, 446.1-ci maddənin birinci abzasına və 446.3-cü maddəyə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

446.1. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün aşağıdakılar əsasdır:

446.1.1. istintaq hərəkətinin məcburi aparılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;

446.1.2. prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün müstəntiqin və ya digər səlahiyyətli şəxsin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən pr Maddə 446. İstintaq hərəkətinin məcburi … tbiq edilməsi üçün müstəntiqin və ya digər səlahiyyətli şəxsin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun bu Məcəllənin 159.2-ci və 159.8-ci maddələrində nəzərdə tutulmuş hallarda isə müvafiq prokurorun təqdimatı; 446.1.2-1. ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, ləğv edilməsi və ya onun üzərinə əlavə vəzifələrin qoyulması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı; 446.1.2-2. cinayət təqibi üzrə qiyabi icraatın açılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;

446.1.3. əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;

446.1.4. ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi üçün təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsinin vəsatəti;

446.1.5. bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddi sübut olan bəzi maddələrdən nümunə götürüldükdən sonra həmin maddələrin qalan hissəsinin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya ti Maddə 446. İstintaq hərəkətinin məcburi … ut olan bəzi maddələrdən nümunə götürüldükdən sonra həmin maddələrin qalan hissəsinin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi ilə əlaqədar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı. * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə 446.1.5 -ci maddəyə edilmiş dəyişiklik və əlavə edilmiş 442.1.6 -cı maddə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

446.2. Bu Məcəllənin 446.1.1-446.1.3-cü və 446.1.5-ci maddələrində nəzərdə tutulmuş vəsatətdə aşağıdakılar göstərilməlidir:

446.2.1. onun tərtib edildiyi tarix, vaxt və yer;

446.2.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

446.2.3. cinayət işinin olduğu halda, o nə vaxt, kimin tərəfindən və nə ilə əlaqədar başlandığı;

446.2.4. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə əlaqədar törədilən qarşısı alınan və ya xəbərdar edilən cinayət haqqında məlumatlar;

446.2.5. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində kimin və hansı hüquq və ya azadlıqların Maddə 446. İstintaq hərəkətinin məcburi … cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində kimin və hansı hüquq və ya azadlıqlarının məhdudlaşdırıla biləcəyi;

446.2.6. barəsində vəsatət verilən istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin, cinayət təqibi üzrə qiyabi icraatın açılmasının və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyinin əsaslandırılması;

446.2.7. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmaması;

446.2.8. istintaq hərəkətinin məcburi aparılmasının prosessual məcburiyyət tədbirinin tətbiq edilməsini və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin hansı müddətdə, harada və hansı üsullarla nəzərdə tutulduğu;

446.2.9. əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsulla rəsmiləşdiriləcəyi; 446.2.9-1. bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olan miqdarı, saxlanılan nümunənin miqdarı, həmin maddələrin növü və digər xüsusi əlamətləri, ekspertin təqdim edil Maddə 446. İstintaq hərəkətinin məcburi … rlə istifadə üçün təhvil verilməli olan miqdarı, saxlanılan nümunənin miqdarı, həmin maddələrin növü və digər xüsusi əlamətləri, ekspertin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəyi;

446.2.10. istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin kimə həvalə edilməli olduğu; 446.2.10-1. bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda belə zəruriliyin əsaslandırılması;

446.2.11. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar. 446.2-1. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi üçün vəsatətdə bu Məcəllənin 446.2.1-446.2.3-cü maddələrində nəzərdə tutulan məlumatlarla yanaşı, məsələnin zəruriliyi əsaslandırılmalı, təqsirləndirilən şəxsi səciyyələndirən və müvafiq qərar qəbul edilməsi üçün əhəmiyyətli olan digər məlumatlar göstərilməli və vəsatətə əlavə edilməlidir. * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə əlavə edilmiş 446.2-2 -ci maddə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və Maddə 446. İstintaq hərəkətinin məcburi … il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə əlavə edilmiş 446.2-2 -ci maddə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

446.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələlərinə dair məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 24 saatdan müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.

446.4. İstintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin, cinayət təqibi üzrə qiyabi icraatın açılmasının və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir. * (446.4-cü maddənin birinci cümləsinə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə Maddə 446. İstintaq hərəkətinin məcburi … * (446.4-cü maddənin birinci cümləsinə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver