QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 447

Maddə 447. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi , cinayət təqibi üzrə qiyabi icraatın açılması,

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Maddə 447. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair müraciətlərə məhkəmə tərəfindən baxılma qaydası * (447-ci maddənin adına, 447.1-ci və 447.5 – 447.7-ci maddələrə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

447.1. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair müraciətlərə hakim tərəfindən təkbaşına, qapalı məhkəmə iclasında baxılır.

447.2. Məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciə Maddə 447. İstintaq hərəkətinin məcburi … ə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır.

447.3. İstintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya cinayət təqibi üzrə qiyabi icraatın açılması məsələləri üzrə qapalı məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər: * (447.3-cü maddəyə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

447.3.1. vəsatət vermiş şəxs;

447.3.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror;

447.3.3. vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan, yaxud barəsində ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılan şəxs onun müdafiəçisi və ya qanuni nümayəndəsi (bu Məcəllənin 177.3.4-177.3.6 və 177.3.8-ci maddələrində göstərilən prosessual məcburiyyət tədbirlərinə və Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxslərə dair məsələlər istisna edilməklə). * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə əlavə edilmiş 447.3-1-ci maddə üzərinə həbs qoyu Maddə 447. İstintaq hərəkətinin məcburi … lməklə). * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə əlavə edilmiş 447.3-1-ci maddə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

447.4. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında yalnız hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs və әmәliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən prokuror iştirak edirlər. 447.4-1. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə hakimin zəruri hesab etdiyi digər şəxslər iştirak edirlər.

447.5. Hakim istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri ilə bağlı məhkəmə iclasına vəsatəti təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir. [ Maddə 447. İstintaq hərəkətinin məcburi … kzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir.

447.6. Müraciətlərin baxılma yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 447.3-cü və ya 447.4-1-ci maddələrində göstərilən şəxslərin istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri üzrə məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.

447.7. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:

447.7.1. hakim məhkəmə iclasını açır, hansı müraciətə baxılmasını elan edir, məhkəmə iclası iştirakçılarının səlahiyyətlərini yoxlayır, onlara hüquq və vəzifələrini izah edir;

447.7.2. vəsatət vermiş şəxs öz vəsatətini şifahi əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

447.7.3. məhkəmə iclasında müraciətlə əlaqədar qanuni mənafeyinə toxunulan şəxs Maddə 447. İstintaq hərəkətinin məcburi … in və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

447.7.3. məhkəmə iclasında müraciətlə əlaqədar qanuni mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək imkanı yaradılır;

447.7.4. məhkəmə iclasında iştirak edən prokuror öz yekun sözündə məhkəməyə vəsatətin təmin və ya rədd edilməsini təklif edir, bu zaman prokuror özünün məhkəməyə göndərdiyi təqdimatdan imtina etmək hüququna malikdir;

447.7.5. hakim bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq vəsatətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver