Maddə 448. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair hakimin qərarı * (448-ci maddənin adına və 448.1-ci maddənin birinci abzasına Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)
448.1. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair məhkəmə iclasının nəticələri üzrə hakim aşağıdakı qərarlardan birini qəbul edir:
448.1.1. müvafiq olaraq istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatətin təmin edilməsi b Maddə 448. İstintaq hərəkətinin məcburi … i məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatətin təmin edilməsi barədə;
448.1.2. istintaq hərəkətinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatətin rədd edilməsi barədə;
448.1.3. təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirinin seçilməsi, yaxud bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə; 448.1.3-1. ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, ləğv edilməsi və ya onun üzərinə əlavə vəzifələrin qoyulması üçün verilmiş vəsatətin təmin edilməsi, yaxud bundan imtina edilməsi barədə; 448.1.3-2. cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya bundan imtina edilməsi barədə. * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə 448.1.3-2 -ci maddəyə edilmiş dəyişiklik və əlavə edilmiş 448.1.3-3-cü maddə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)
448.2. Əməliyyat-axtarış tədbirinin həyata keç Maddə 448. İstintaq hərəkətinin məcburi … rılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)
448.2. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə əlaqədar qərar çıxarıldıqda, məhkəmə bu Məcəllənin və “ Əməliyyat-axtarış fəaliyyəti haqqında ” Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanır.
448.3. Məhkəmə nəzarəti funksiyalarının həyata keçirən hakimin qərarında aşağıdakılar göstərilməlidir:
448.3.1. qərarın tərtib edildiyi tarix, vaxt və yer;
448.3.2. hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
448.3.3. vəsatət vermiş şəxsin və prokurorun soyadları, adları, atalarının adları və vəzifələri;
448.3.4. qərarın mahiyyəti (bu Məcəllənin 446.2.5—446.2.10-cu maddələrində göstərilən məsələlərə məhkəmənin münasibəti dəqiq göstərilməklə);
448.3.5. qərarın qüvvədə olma müddəti;
448.3.6. qərarın icra edilməsi həvalə edilən vəzifəli şəxs və ya orqan;
448.3.7. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.
448.4. İstintaq hərəkətinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə, cinayət təqibi üzrə qiyabi icraatın açılmasına, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə, və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatətin rədd edilməsi barədə məhkəmənin qərarına bu Məcəllənin 448.3.1—448.3.3 və 448.3.7-ci maddələrində göstərilmiş müddəalar, imtinanın motivləri, habelə qərarın qəbul edilməs Maddə 448. İstintaq hərəkətinin məcburi … məhkəmənin qərarına bu Məcəllənin 448.3.1—448.3.3 və 448.3.7-ci maddələrində göstərilmiş müddəalar, imtinanın motivləri, habelə qərarın qəbul edilməsi ilə əlaqədar göstərilməli olan digər mühüm hallar daxil edilir. * (448.4-cü maddəyə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.) 448.4-1. Hakim maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələlərinə dair vəsatətin təmin edilməsi barədə qərar qəbul etdikdə, qərarda həmin maddələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.
448.6. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri ilə bağlı hakimin qərarının surəti həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq aşağıdakı şəxslərə göndərilir:
448.6.1. vəsatəti vermiş şəxsə;
448.6.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;
448.6.3. təqsirləndirilən şəxsin saxlanıldığı həbs yerinin müdiriyyətinə;
448.6.4. müvafiq xahiş olduqda, barəsində istintaq hərəkətinin aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələlərinin baxıldığı şəxsə. 448.6-1. Maddi sübut ol Maddə 448. İstintaq hərəkətinin məcburi … a, barəsində istintaq hərəkətinin aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələlərinin baxıldığı şəxsə. 448.6-1. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsi ilə bağlı hakimin qərarının surəti həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, vəsatət təmin edildikdə isə həmçinin maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini icra etməli olan müvafiq dövlət orqanının (qurumunun) rəhbərinə göndərilir. 448.6-2. Cinayət təqibi üzrə qiyabi icraatın açılması məsələsi ilə bağlı məhkəmə qərarının surətinin göndərilməsi bu Məcəllənin 467-13.11-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə əlavə edilmiş 448.6-3-cü maddə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)
448.7. Təqsirləndirilən şəxs məhkəmənin iclasında iştirak etdikdə və məhkəmə onun barəsində həbs qismində qətimkan tədbiri seçilməsinə (həbsdə saxlama müddətinin uzadılmasına) imtina barədə qərar çıxardıqda, təqsirləndirilən şəxs dərhal Maddə 448. İstintaq hərəkətinin məcburi … sində həbs qismində qətimkan tədbiri seçilməsinə (həbsdə saxlama müddətinin uzadılmasına) imtina barədə qərar çıxardıqda, təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilir.
448.8. İstintaq hərəkətinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə, cinayət təqibi üzrə qiyabi icraatın açılmasına, və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatətin rədd edilməsi barədə, habelə həbs qismində qətimkan tədbiri seçilməsinə (həbsdə saxlama müddətinin uzadılmasına) imtina barədə hakim tərəfindən qərar çıxarıldıqdan sonra məhkəməyə təkrar müraciətə müvafiq olaraq istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin, cinayət təqibi üzrə qiyabi icraatın açılmasının və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən yeni hallar aşkar edildikdə yol verilir. * ( 448.8 -ci maddəyə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)