QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 467-10

Maddə 467-10. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin uzadılması və ya ləğv edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

467-

10.1. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada prokurorun, həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin nümayəndəsinin və barəsində tibbi xarakterli məcburi tədbirinin uzadılması və ya ləğv edilməsi haqqında məsələyə baxılan şəxsin mütləq iştirakı ilə baxılır. 467-

10.2. Məhkəmə bu Məcəllənin 467-10.1-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin tədbirləri tətbiq etmiş məhkəməyə göndərir. 467-

10.3. Şəxs tibbi xarakterli məcburi tədbirlərdən yayındıqda müvafiq tibb müəssisəsinin müdiriyyəti həmin tədbirləri tətbiq etmiş məhkəməyə yazılı məlumat verir. 467-

10.4. Tibb müəssisələrində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver