467-
11.1. Şəxsin tam sağalması nəticəsində qəbul edilmiş narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi haqqında qərar həmin tədbirləri tətbiq etmiş məhkəməyə daxil olduqda, məhkəmə iş üzrə icraatı təzələməklə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi və icraata xitam verilməsi haqqında qərar qəbul edir. 467-
11.2. Şəxsin narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirdən yayınmasına dair müvafiq tibb müəssisəsinin müdiriyyətinin məlumatının əsaslı olduğu müəyyən edildikdə, həmin tədbirləri tətbiq etmiş məhkəmə iş üzrə icraatı təzələyir və aşağıdakı qərarlardan birini qəbul edir: 467-
11.2.1. əgər narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər bu Məcəllənin 467-9.2-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilmişdirsə, cinayət işi üzrə məhkəmə iclasının təyin edilməsi haqqında, 467-
11.2.2. digər hallarda, işin ibtidai araşdırmanın aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında. 467-
11.3. Bu Məcəllənin 467-11.2-ci maddəsində müəyyən edilmiş hallarda cinayət işi üzrə ibtidai istintaq və ya məhkəmə icraatı bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. LIV-II fəsil Cinayət təqibi üzrə qiyabi icraat