467-
15.1. Məhkəmə hökm və ya digər yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya məhkəmənin sərəncamına verildikdə məhkəmə dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildikdən sonra məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada aparılır. 467-
15.2. Cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar çıxarıldıqdan sonra məhkəmə təqsirləndirilən şəxsə bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən bu Məcəllənin 467-15.3-cü maddəsinə uyğun olaraq vəsatət vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir və onun bu Məcəllənin 284–286-cı maddələrində nəzərdə tutulmuş qaydada cinayət işinin materialları ilə tanış olmasını təmin edir. 467-
15.3. Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının məhkəməyə aşağıdakılar barədə vəsatət vermək hüququ vardır: 467-
15.3.1. təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlərin keçirilməsi; 467-
15.3.2. cinayət işinin baxılmasına xitam verilməsi və onun hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması. 467-
15.4. Bu Məcəllənin 467-15.3-cü maddəsində nəzərdə tutulmuş vəsatət əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi üzrə qiyabi icr Maddə 467-15. Məhkəmə icraatı zamanı … ası. 467-
15.4. Bu Məcəllənin 467-15.3-cü maddəsində nəzərdə tutulmuş vəsatət əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi üzrə qiyabi icraat zamanı aparılmış təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlər təkrar keçirilə, əlavə istintaq və digər prosessual hərəkətlər aparıla, habelə cinayət işinin baxılmasına xitam verilməsi və onun hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması haqqında qərar qəbul edilə bilər.