467-
14.1. Müstəntiq tərəfindən ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə müstəntiq dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir və bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə prokuror dərhal bu Məcəllənin 290.3.3-1-ci maddəsində nəzərdə tutulmuş qərarı qəbul edir. 467-
14.2. Bu Məcəllənin 467-14.1-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldığı vaxtdan cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada davam etdirilir. 467-
14.3. Təqsirləndirilən şəxs könüllü gəldiyi və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildiyi gün müstəntiq təqsirləndirilən şəxsə bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən bu Məcəllənin 467-14.4-cü maddəsinə uyğun olaraq vəsatət vermək hüququnu izah edir, bu barədə protokol tərtib edir və onu bu Məcəllənin 284 – 286-cı maddələrində nəzərdə tutulmuş qaydada cinayət işinin materialları ilə tanış edir. 467-
14.4. C Maddə 467-14. Məhkəməyədək icraat … ə protokol tərtib edir və onu bu Məcəllənin 284 – 286-cı maddələrində nəzərdə tutulmuş qaydada cinayət işinin materialları ilə tanış edir. 467-
14.4. Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlərin keçirilməsi barədə vəsatət verə bilər. Vəsatətə bu Məcəllənin 287.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə baxılır. 467-
14.5. Bu Məcəllənin 467-14.4-cü maddəsində nəzərdə tutulmuş vəsatət əsasında və ya müstəntiqin öz təşəbbüsü ilə cinayət təqibi üzrə qiyabi icraat zamanı aparılmış təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlər təkrar keçirilə, habelə əlavə istintaq və digər prosessual hərəkətlər aparıla bilər.