QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 467-6

Maddə 467-6. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraatda müstəntiqin hərəkətləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

467-

6.1. Toplanmış sübutlar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraatın qurtarması üçün kifayət hesab edildikdə müstəntiq aşağıdakı qərarlardan birini qəbul edir: 467-

6.1.1. şəxs barəsində cinayət işi üzrə icraatın dayandırılması və tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilməsi haqqında məsələnin həll edilməsi məqsədi ilə iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında; 467-

6.1.2. bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əsaslar olduqda iş üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında. 467-

6.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı bu Məcəllənin 467-6.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan hər hansı biri qəbul edildikdən sonra müstəntiq başa çatmış icraatın materiallarını tanış olmaları üçün barəsində icraatın aparıldığı şəxsə, habelə olduğu hallarda onun müdafiəçisinə və qanuni nümayəndəsinə təqdim edir. 467-

6.3. Bu Məcəllənin 467-6.2-ci maddəsində göstərilən şəxslərin narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş materialları ilə tanış olmaları haqqında protokol tərtib edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver