QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 467-7

Maddə 467-7. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat zamanı prokurorun

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

hərəkətləri 467-

7.0. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat materialları müstəntiqin bu Məcəllənin 467-6.1.1-ci maddəsində nəzərdə tutulmuş qərarı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilir. Prokuror aşağıdakı qərarlardan birini qəbul edir: 467-

7.0.1. müstəntiqin qərarını təsdiq edir və işi məhkəməyə göndərir; 467-

7.0.2. bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş hallar düzgün müəyyən edilmədikdə işi əlavə araşdırmanın aparılması üçün müstəntiqə qaytarır; 467-

7.0.3. bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əsaslar olduqda iş üzrə icraatı dayandırır və ya icraata xitam verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver