467-
8.1. Məhkəmə iclası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə dövlət ittihamçısının məruzəsi ilə başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları tədqiq edir, bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunub-olunmadığını araşdırır və barəsində icraat aparıldığı şəxsi, olduğu halda onun müdafiəçisini və qanuni nümayəndəsini, habelə dövlət ittihamçısının fikrini dinləyir. Daha sonra məhkəmə qərar qəbul edilməsi üçün müşavirə otağına gedir. 467-
8.2. Məhkəmə tərəfindən narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı qərarlardan biri çıxarılır: 467-
8.2.1. narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında; 467-
8.2.2. bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş hallar düzgün müəyyən edilmədikdə işin əlavə araşdırmanın aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında; 467-
8.2.3. bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əsaslar olduqda iş üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında. 467-
8.3. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş qərarı Maddə 467-8. Narkomaniya xəstəliyi ilə əlaqədar … sı və ya icraata xitam verilməsi haqqında. 467-
8.3. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün qərarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının tibb müəssisəsinə göndərir.