QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 473

Maddə 473. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxslərin hüquqları

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs təqsirləndirilən şəxsin bütün hüquqlarından istifadə edir. Xəstəliyin dərəcəsindən və xarakterindən asılı olaraq, o, aşağıdakı hüquqlara malikdir: hansı ictimai təhlükəli əməlin törədilməsinin ona istinad edildiyini bilmək, müstəntiqin icazəsi ilə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, özünün iştirak etdiyi istintaq hərəkətlərinin protokolları ilə tanış olmaq və onlardakı qeydlərin düzgünlüyünə və tamlığına dair öz qeydlərini bildirmək, vəsatət vermək və etirazlar bildirmək, iş üzrə icraat qurtardıqdan sonra işin bütün materialları ilə tanış olmaq və onlardan həcminə məhdudiyyət qoyulmadan istənilən çıxarışları etmək, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında qərarların surətlərini almaq, məhkəmə baxışında, sübutların tədqiqində iştirak etmək, məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlər etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver