QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 474

Maddə 474. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində təhlükəsizlik tədbirləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

474.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə aşağıdakı təhlükəsizlik tədbirləri tətbiq edilə bilər:

474.1.1. müvafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqana (quruma) bildirməklə xəstəni qohumlarının, himayəçilərinin və qəyyumlarının nəzarəti altına vermək;

474.1.2. xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək.

474.2. Müvafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqana (quruma) bildirməklə xəstə qohumların, himayəçilərin və qəyyumların nəzarəti altına aşağıdakı qaydada verilə bilər:

474.2.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükə törətməyən şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan;

474.2.2. müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslandırılmış qərarı əsasında.

474.3. Həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrık stasionara) yerləşdirilməsinə aşağıdakı hallarda yol verilir:

474.3.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan;

474.3.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver