476.0. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə başa çatmış icraatın materialları işin məhkəməyə göndərilməsi haqqında müstəntiqin qərarı ilə birlikdə aşağıdakı qərarlardan birini qəbul edən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir. Prokuror:
476.0.1. müstəntiqin qərarını təsdiq edir və işi məhkəməyə göndərir, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş həmin qərarı “ Elektron məhkəmə ” informasiya sisteminə yerləşdirir, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda icraatın materiallarını “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir;
476.0.2. əlavə araşdırmanın aparılması üçün işi müstəntiqə göndərir;
476.0.3. iş üzrə icraata xitam verir.