QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 477

Maddə 477. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə məhkəmə baxışının xüsusiyyətləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

477.1. Məhkəmə istintaqı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə dövlət ittihamçısının məruzəsi ilə başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları tədqiq edir və barəsində icraat aparıldığı şəxsin müdafiəçisini və qanuni nümayəndəsini, habelə dövlət ittihamçısının fikrini dinləyir. Daha sonra qərarın çıxarılması üçün məhkəmə müşavirə otağına gedir.

477.2. Qərar çıxararkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir:

477.2.1. ictimai təhlükəli əməlin törədildiyini;

477.2.2. həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədildiyini;

477.2.3. əməlin anlaqsız vəziyyətdə törədildiyini və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasını;

477.2.4. şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olduğunu.

477.3. Şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır.

477.4. Şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, məhkəmə iş üzrə Maddə 477. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq … ədə qərar çıxarır.

477.4. Şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə şəxsin əməli törətdiyi anda anlaqsız olması, baxışı zamanı sağaldığı halda da məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver