478.1. Şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış müvafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqanın (qurumun) təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.
478.2. Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında vəsatəti şəxsin yaxın qohumları, qanuni nümayəndələri və digər maraqlı şəxslər qaldıra bilərlər.
478.3. Bütün məsələlər tədbirin tətbiq edildiyi yer üzrə məhkəmə tərəfindən prokurorun və vəsatəti üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxılan şəxsin mütləq iştirakı ilə həll edilir. LVI fəsil Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat