QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 490

Maddə 490. Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi xahişi ilə rəsmi müraciətin məzmunu

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

490.1. Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi xahişi ilə rəsmi müraciətdə aşağıdakılar göstərilməlidir:

490.1.1. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının adı;

490.1.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

490.1.3. icraatı üzrə hüquqi yardımın göstərilməsi sorğu edilən cinayət işinin adı və ona dair qısa arayış;

490.1.4. törədilmiş əməlin təsviri və tövsifi;

490.1.5. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxslərin, habelə şahidlərin adları və soyadları, mümkün olduqda isə onların yaşayış yeri və ya olduğu yer, vətəndaşlığı, məşğuliyyət növü, doğulduğu yer və tarix;

490.1.6. hüquqi yardımın göstərilməsi barədə xahişin mahiyyəti;

490.1.7. hüquqi yardım göstərilməsi barədə müraciətə baxılması üçün zəruri olan “ Cinayət işlərinə dair hüquqi yardım haqqında " Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə nəzərdə tutulan digər məlumatlar.

490.2. ləğv edilmişdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver