QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 491

Maddə 491. Hüquqi yardım haqqında sorğunun icra qaydası

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

491.1. Hüquqi yardım haqqında sorğu bu Məcəllə və " Cinayət işlərinə dair hüquqi yardım haqqında " Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada icra edilir.

491.2. Hüquqi yardım haqqında sorğu icra edilərkən sorğu edən xarici dövlətin müvafiq orqanının xahişi ilə həmin dövlətin qanunvericiliyi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadıqda tətbiq edilə bilər.

491.3. Hüquqi yardım haqqında sorğu icra edilərkən məhkəmənin sanksiyasının (qərarının) alınmasını tələb edən prosessual və digər hərəkətlərin aparılması zərurəti yarandıqda, Azərbaycan Respublikasının cinayət təqibi orqanları bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həmin məsələ ilə əlaqədar məhkəmə nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət etməlidirlər.

491.4. Hüquqi yardım haqqında sorğunun icrası mümkün olmadıqda, Azərbaycan Respublikasının cinayət təqibi orqanı sorğu edən xarici dövlətin müvafiq orqanına sorğunun icrasına mane olan hallar barədə məlumat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver