QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 509

Maddə 509. Məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlarının təmin edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

509.1. Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:

509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında;

509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında;

509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında;

509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında;

509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında;

509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;

509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;

509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında;

509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında.

509.2. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə bu Məcəllənin 510—520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır.

509.3. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə məhkəmə tərəfindən baxılarkən məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi aşağıdakı hüquqlara malikdir:

509.3.1. məhkəmə iclasında iştirak etmək;

509.3.2. sübutlar təqdim etmək;

509.3.3. vəsatətlər qaldırmaq və etirazlar etmək;

509.3.4. bütün materiallarla tanış olmaq.

509.4. Yetkinlik yaşına çatmayan Maddə 509. Məhkəmə hökmünün icrası …. sübutlar təqdim etmək;

509.3.3. vəsatətlər qaldırmaq və etirazlar etmək;

509.3.4. bütün materiallarla tanış olmaq.

509.4. Yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi xəstəliklərdən əzab çəkən şəxsin barəsində hökmlərin və ya məhkəmənin digər yekun qərarlarının icrasına dair bu Məcəllənin 509.1-ci maddəsində göstərilən məsələlərə dair həmin şəxsin əvəzinə onun qanuni nümayəndəsi və ya müdafiəçisi məhkəməyə ərizə ilə müraciət edə bilər. Belə halda məhkəmə tərəfindən bu ərizələrə baxılması zamanı göstərilən şəxsin qanuni nümayəndəsinin və ya müdafiəçisinin iştirakı məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver