QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 510

Maddə 510. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrasının təxirə salınması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

510.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum edilmiş qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın on dörd yaşı tamam olanadək təxirə salına bilər.

510.2. Mülki iddia və ya zərərin digər formada ödənilməsinə dair məhkəmə hökmünün icrasının təxirə salınması haqqında məsələ işin konkret halları və məhkumun maddi vəziyyəti nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

510.3. Məhkum və ya hüquqi şəxs tərəfindən cərimənin 1 (bir) ay müddətində ödənilməsi mümkün olmadıqda, cərimənin ödənilməsi 6 (altı) ayadək müddətdə təxirə salına və ya müddəti göstərilməklə hissə-hissə ödənilə bilər.

510.4. Bu Məcəllənin 510.1 və 510.3-cü maddələrində nəzərdə tutulmuş hallarda hökmün icrasının təxirə salınması məsələsinə məhkumun ərizəsi əsasında məhkəmə tərəfindən baxılır. Bu Məcəllənin 510.3-cü maddəsində nəzərdə tutulmuş halda hüquqi şəxs barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarının icrasının təxirə salınması məsələsinə hüquqi şəxsin nümayəndəsinin ərizəsi əsasında məhkəmə tərəfindən baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver