QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 51-1

Maddə 51-1. Cinayət mühakimə icraatının elektron qaydada aparılması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

51-

1.1. Elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllənin 51-2-ci və 51-3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq həyata keçirilir. 51-

1.2. Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 51-

1.3. Cinayət mühakimə icraatının elektron qaydada aparılması zamanı sənəd dövriyyəsinin və cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 51-

1.4. “ Elektron imza və elektron sənəd haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. 51-

1.5. Bu Məcəllədə kağız daşıyıcıda tərtib olunması nəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla göndərilə, saxlanıla və yoxlanıla bilər. 51-

1.6. Kağız daşıyıcıda verilmiş və ya tərtib edilmiş sənədlər cinayət mühakimə icraatını elektron qaydada aparan təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə Maddə 51-1. Cinayət mühakimə icraatının … ydada aparan təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla müvafiq informasiya sistemlərinə yüklənilir. 51-

1.7. İstintaq və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda cinayət prosesini həyata keçirən orqan müvafiq informasiya sistemi vasitəsilə göndərilmiş sənədin əslini tələb edə bilər. 51-

1.8. Cinayət mühakimə icraatı elektron qaydada aparıldıqda cinayət təqibi üzrə materialların məhv edilməsinin qarşısının alınması məqsədilə onların ehtiyat nüsxəsinin formalaşdırılaraq saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver