51-
2.1. Elektron qaydada məhkəməyədək icraat cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir. Prosessual sənədlər və digər məlumatlar bu Məcəllə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada mübadilə edilə bilər. 51-
2.2. Cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək, habelə prosessual hərəkətdə iştirak etmək imkanlarını təmin edən elektron kabinet yaradılır. 51-
2.3. Məhkəməyədək icraat elektron qaydada həyata keçirildikdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində qeydiyyatdan keçmişlərsə, bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədlər və digər məlumatlar onların elektron kabinetlərində yerləşdirilir. Bu barədə həmin şəxslərə cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir. Sənəd elektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədin göndərildiyi şəxsə məlumatın elektron qaydada v Maddə 51-2. Məhkəməyədək icraatın … oçt və SMS vasitəsilə) məlumat verilir. Sənəd elektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədin göndərildiyi şəxsə məlumatın elektron qaydada verilməsi təmin edildikdə o, rəsmi qaydada verilmiş hesab edilir. 51-
2.4. Bu Məcəllənin 51-2.3-cü maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən cinayət təqibi orqanına təqdim etmək hüququna malik olduqları prosessual sənədləri müvafiq elektron kabinetləri vasitəsilə göndərə bilərlər.