51-
3.1. Elektron qaydada məhkəmə icraatı, həmçinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsi ilə aparılır. Cinayət prosesini həyata keçirən digər orqanların informasiya sistemləri prosessual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün “ Elektron məhkəmə ” informasiya sisteminə inteqrasiya olunur. 51-
3.3. “ Elektron məhkəmə ” informasiya sistemində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək, habelə prosessual hərəkətlərdə iştirak etmək imkanlarını təmin edən elektron kabinet yaradılır.. 51-
3.6. Cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər “ Elektron məhkəmə ” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron Maddə 51-3. Məhkəmə icraatının elektron … onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir. 51-
3.7. Bu Məcəllənin 51-3.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları prosessual sənədləri “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə göndərə bilərlər. 51-
3.8. Məhkəmə icraatı elektron qaydada aparıldıqda hakim bu Məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir. 51-
3.9. Məhkəmə icraatı elektron qaydada aparıldıqda dövlət ittihamçısı bu Məcəllənin 84.6-cı maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər üzrə elektron sənəd formasında tərtib edilmiş prosessual sənədləri “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edə bilər. 51-
3.11. Məhkəmə bu Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək bu Məcəllədə həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “ Elektron məhkəmə ” informasiya sistemində yerləşdirir. 51-
3.12. Məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə “ Elek Maddə 51-3. Məhkəmə icraatının elektron … 1-
3.12. Məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə “ Elektron məhkəmə ” informasiya sistemində yerləşdirilir.