etmə 511-
1.1. Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. 511-
1.2. Bu Məcəllənin 511-1.1-ci maddəsində göstərilən qaydada cəza çəkməkdən azad etmə zərərçəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və 73-2.2-ci maddələri ilə müəyyən edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq edilir. Zərərçəkmiş şəxs və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi olmadığı hallarda həmin şəxslərin və ya onların qanuni nümayəndələrinin məhkəmə iclasında iştirakı məcburidir.