QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 511

Maddə 511. Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

511.1. Məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər.

511.2. Məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxılır.

511.3. Psixi xəstəliyə tutulmuş məhkum cəzanı çəkməkdən azad edildiyi halda, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmək, yaxud onu dövlət tibb m ü əssisələrinin və ya qohumlarının himayəsinə vermək hüququna malikdir.

511.4. Psixi xəstəliyə tutulmuş şəxslər istisna olmaqla ağır xəstəliyə tutulmuş şəxslərin cəzanı çəkməkdən azad edilməsi haqqında məsələni həll edərkən, məhkəmə törədilmiş cinayətin ağırlığını, məhkumun şəxsiyyətini və digər halları nəzərə alır.

511.5. Məhkəmə məhkumu xəstəliyinə görə cəzanı çəkməkdən azad edərkən, onu həm əsas, həm də əlavə cəzadan azad etmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver