521.1. Xarici ölkədə yerləşən əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən 5 gün müddətində həmin hökm və ya digər yekun qərarı çıxarmış məhkəmə tərəfindən müsadirə olunmalı əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin edilməsi məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir.
521.2. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən əmlakın yerləşdiyi sorğu edilən ölkənin qanunvericiliyinə əsasən tələb olunan zəruri tədbirləri görməlidir. LIX fəsil Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat