QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 522

Maddə 522. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması qaydası

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

522.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522 – 525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 522.1-1. Xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər.

522.2. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya di Maddə 522. Xarici dövlətlərin məhkəmələrinin … vlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522 – 525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

522.3. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir. 522.3-1. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir.

522.4. Xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir:

522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa;

522.4.2. barəsində xarici dövlətlərin məhkə Maddə 522. Xarici dövlətlərin məhkəmələrinin … ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa;

522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə;

522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə;

522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə;

522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə.

522.5. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Məcəllənin 522.4-cü maddəsində nəzərdə tutulmuş hallardan ən azı biri mövcud olmadıqda rəsmi müraciəti baxılmamış saxlayır və bu barədə sorğu verən xarici dövlətə məlumatın verilməsini təmin edir.

522.6. Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir Maddə 522. Xarici dövlətlərin məhkəmələrinin … ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver