523.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair rəsmi müraciətdə aşağıdakılar göstərilməlidir:
523.1.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının adı;
523.1.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;
523.1.3. tanınması xahiş edilən hökmün və ya digər yekun qərarın xarici dövlətin məhkəməsi tərəfindən təsdiq edilmiş surəti;
523.1.4. tanınması xahiş edilən hökmün və ya digər yekun qərarın qanuni qüvvəyə minməsini təsdiq edən sənəd;
523.1.5. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxsin adı, atasının adı, soyadı və yaşayış yeri haqqında məlumatlar;
523.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyat nömrəsi, təsisçiləri və qanuni təmsilçiləri barədə məlumatlar;
523.1.7. cinayət tərkibinin əlamətləri, faktların təsviri və əməlin tövsifi, məhkum olmuş şəxsin əleyhinə olan sübutlar;
523.1.8. xarici dövlətin müvafiq cinayət qanununun mətni;
523.1.9. müsadirə edilməli olan əmlak mövcud olduqda onun barəsində ətraflı məlumat və onun müfəssəl təsviri, yerləşdiyi yer, əmlakı saxlayan, sahiblik edən, ondan istifadə edən şəxslər haqqında və əmlakın barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və törədilmiş cinayətə aidiyyəti barəsində ətraflı məlumat;
523.1.10. cinayət n Maddə 523. Xarici dövlətlərin məhkəmələrinin … əmlakın barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və törədilmiş cinayətə aidiyyəti barəsində ətraflı məlumat;
523.1.10. cinayət nəticəsində vurulmuş ziyanın məbləği;
523.1.11. sorğu olunan iş üzrə əmlak üzərinə həbs qoyulması da daxil olmaqla əvvəllər hüquqi yardım göstərilmişdirsə, Azərbaycan Respublikasının hüquqi yardım göstərmiş orqanı və göstərilmiş hüquqi yardım haqqında ətraflı məlumat;
523.1.12. Azərbaycan Respublikasının ərazisindən kənarda şəxsə məxsus olduğu məlum olan bütün başqa əmlak barəsində qısa məlumat.
523.2. Əmlakın müsadirə edilməsi xahişi ilə rəsmi müraciətə məhkumun və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin Azərbaycan Respublikasında aparılan icraat və çıxarılacaq qərar barəsində məlumatlandırılacağına dair öhdəlik məktubu əlavə edilməlidir.