QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 525

Maddə 525. Əmlakın müsadirəsi barədə rəsmi müraciətə baxılmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

525.1. Əmlakın müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi tərəfindən çıxarılmış qərar yalnız həmin qərarda nəzərdə tutulmuş əmlak Azərbaycan Respublikası ərazisində yerləşdikdə tanınır.

525.2. Azərbaycan Respublikasının milli, tarixi və mədəni irsini təşkil edən əşyalara münasibətdə əmlakın müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi tərəfindən çıxarılmış qərarlar tanına bilməz.

525.3. Əmlakın müsadirəsi barədə qərarın icrasına dair sorğu bu Məcəllənin 523.1.9-cu maddəsinin tələblərinə cavab vermirsə və Azərbaycan Respublikasında həyata keçirilən cinayət mühakimə icraatına xələl yetirə bilərsə, sorğu edən tərəfə məlumat verilməklə müsadirə qərarının icrası təxirə salına bilər. Bu barədə xarici dövlətin müvafiq səlahiyyətli orqanına məlumat verilir.

525.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, müsadirə edilmiş əmlakın və ya onun dəyərinin məhkəmə və əmlakın saxlama məsrəfləri çıxıldıqdan sonra əlli faizi sorğu edən dövlətə qaytarılır, qalan hissəsi isə dövlət nəfinə keçirilir.

525.5. Bu Məcəllənin 525.4-cü maddəsi müsadirə edilmiş əmlakdan və ya onun dəyərindən zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya müsadirə edilmiş əmlakın qanuni sahibinə qaytarılması hallarına şamil edilmir. Bu fəslin müddəaları çərçivəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya əmlakın qanuni sahibinə qaytarılması üçün əmlak Maddə 525. Əmlakın müsadirəsi barədə … şamil edilmir. Bu fəslin müddəaları çərçivəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya əmlakın qanuni sahibinə qaytarılması üçün əmlak və ya onun dəyəri məhkəmə və əmlakın saxlama məsrəfləri çıxılmaqla sorğu edən dövlətə tam həcmdə qaytarılır.

525.6. Şəxsin cinayət əməlinə görə məhkum edilməməsi əmlak müsadirəsi barədə xarici dövlətlərin məhkəmələrinin yekun qərarlarının tanınmasını istisna etmir. LX fəsil Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver