ölkədaxili siyahıya daxil edilməsinin ümumi şərtləri
526.1. Bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya qurumlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahısına (bundan sonra – ölkədaxili siyahıya) daxil edilərək onların “ Hədəfli maliyyə sanksiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aktivləri dondurulur, həmin şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsi qadağan edilir.
526.2. Aşağıdakı fiziki şəxslər və qurumlar ölkədaxili siyahıya daxil edilirlər:
526.2.1. terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;
526.2.2. bu Məcəllənin 526.2.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;
526.2.3. bu Məcəllənin 52 Maddə … in və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;
526.2.3. bu Məcəllənin 526.2.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.
526.3. Fiziki şəxslər və qurumlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər.
526.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdimatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun, “ Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir.