QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 527

Maddə 527. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatın məzmunu

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

527.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatda aşağıdakılar göstərilməlidir:

527.1.1. onun tərtib edildiyi tarix, vaxt və yer;

527.1.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

527.1.3. cinayət işi olduğu halda, onun nə vaxt, kim tərəfindən və nə ilə əlaqədar başlandığı;

527.1.4. ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar;

527.1.5. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyinin əsaslandırılması, ölkədaxili siyahıya daxil edilməsi üçün bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulanlara aid olmasına dair məlumatlar;

527.1.6. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmadığı;

527.1.7. fiziki şəxsin və ya qurumun dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı eyniləşdirmə məlumatları:

527.1.7.1. fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, doğum tarixi, doğum yeri, milliyyəti, vətəndaşlığı, cinsi, məşğuliyyəti (peşəsi), yaşayış yeri və olduğu yer, əvvəlki yaşayış ünvanları, ümumvətəndaş pasportu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi Maddə … i, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

527.1.7.2. hüquqi şəxslər üçün — adı, hüquqi ünvanı, törəmə hüquqi şəxsləri, filialları, nümayəndəlikləri, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyət növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, elektron poçt ünvanları, telefon nömrələri, əvvəlki adları və ya eyniləşdirmə məlumatları;

527.1.8. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.

527.2. Təqdimata fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməlidir. Təqdim olunmuş məlumat və sənədlər kifayət etmədikdə, məhkəmə onların tamamlanmasını tələb etmək hüququna malikdir.

527.3. Fiziki şəxs və ya qurum xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu edən dövlətin təqdim etdiyi məlumat və sənədlər (əsli və tərcüməsi) təqdimata əlavə edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver