QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 54-2

Maddə 54-2. Çağırış vərəqəsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

54-

2.1. Çağırış vərəqəsində aşağıdakı məlumatlar göstərilməlidir: 54-

2.1.1. cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı, əlaqə məlumatları (indeks, telefon, faks və s.), təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, vəzifəsi və imzası; 54-

2.1.2. çağırış vərəqəsinin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 54-

2.1.3. çağırışa gəlmənin vaxtı (tarix və saat) və yeri; 54-

2.1.4. şübhəli və ya təqsirləndirilən şəxsə münasibətdə şübhənin və ya ittihamın mahiyyəti; 54-

2.1.5. bu Məcəllənin müvafiq maddələrinə istinad edilməklə çağırılan şəxsin prosessual hüquq və vəzifələrinin izahı; 54-

2.1.6. çağırış vərəqəsi üzrə gəlməmənin nəticələri barədə məlumat, o cümlədən çağırılan şəxsin bu Məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda cinayət prosesini həyata keçirən orqana məcburi gətiriləcəyi barədə xəbərdarlıq; 54-

2.1.7. təqsirləndirilən şəxsə onun barəsində bu Məcəllə ilə müəyyən edilmiş hallarda qiyabi icraatın açıla biləcəyi və qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatların cinayət prosesini həyata keçirən orqana göndərməli olduğu barədə məlumat. 54-

2.2. Çağırış vərəqəsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 54-

2.3. Ç Maddə 54-2. Çağırış … çirən orqana göndərməli olduğu barədə məlumat. 54-

2.2. Çağırış vərəqəsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 54-

2.3. Çağırış vərəqəsində vaxt müəyyən edilərkən çağırılan şəxsin cinayət prosesini həyata keçirən orqana vaxtında gələ bilmə imkanı nəzərə alınmalıdır. 54-

2.4. Çağırılan şəxsin xahişi ilə çağırışın tarixi və vaxtı dəyişdirilə bilər. 54-

2.5. Çağırılan şəxs çağırışa gəlmədikdə bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilə bilər. Çağırılan şəxs üzrlü səbəbdən çağırışa gələ bilmədikdə bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana məlumat verməli, çağırışa gəlməməsinə səbəb olan üzrlü halları təsdiq edən dəlilləri təqdim etməlidir. Bu halda cinayət prosesini həyata keçirən orqan çağırılan şəxsin iştirak edə biləcəyi tarix və vaxtı nəzərə almaqla yeni çağırış tarixi və vaxtı müəyyən edir. 54-

2.6. Şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıla bilər. Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilir və bu barədə protokol tərtib olunur. Şübhəli və ya təqsirləndirilən şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıldıqda həmin şəxs qabaqcadan xəbərdar olunmaqla onun səsinin qeyd edilməsi təmin olunmalı, bu protokollaşdırılmalı və müvafiq ele Maddə 54-2. Çağırış … fadə edilməklə çağırıldıqda həmin şəxs qabaqcadan xəbərdar olunmaqla onun səsinin qeyd edilməsi təmin olunmalı, bu protokollaşdırılmalı və müvafiq elektron daşıyıcı protokola əlavə edilməlidir. 54-

2.7. Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslər həbs yerinin müdiriyyəti vasitəsilə çağırılırlar. 54-

2.8. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər onların qanuni nümayəndələri vasitəsi ilə çağırılırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver