QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 54-3

Maddə 54-3. Qəbzin məzmunu

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

54-

3.1. Bu Məcəllənin 54-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 54-

3.1.1. cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı, təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi; 54-

3.1.2. prosessual sənədlərin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 54-

3.1.3. prosessual sənədin adı; 54-

3.1.4. prosessual sənədin verilmə vaxtı (tarix və saat), yeri, qəbul edən şəxsin soyadı, adı, atasının adı və imzası; 54-

3.1.5. prosessual sənədin verilməməsinin səbəbləri; 54-

3.1.6. ünvan sahibi olmadığı təqdirdə prosessual sənədin verildiyi şəxsin onu mümkün olan ən qısa müddətdə ünvan sahibinə vermək vəzifəsinə dair qeyd və onun imzası; 54-

3.1.7. prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver