QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 78

Maddə 78. Məhkəmənin tərkibi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

78.1. Azərbaycan Respublikasının məhkəmələrində cinayət işlərinə hakimlər təkbaşına və ya kollegial tərkibdə baxırlar.

78.2. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə dair cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır.

78.3. Ağır cinayətlər məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxarkən hərbi məhkəmələrdə cinayət işlərinə üç hakimdən ibarət kollegial tərkibdə baxılır.

78.4. Apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə üç hakimdən ibarət kollegial tərkibdə baxılır.

78.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara kassasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə, həmin işlərə və materiallara əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə — Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılır.

78.6. Bu maddədə nəzərdə tutulmuş qaydalara zidd olaraq cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılması üçün hər hansı hakimin cəlb edil Maddə 78. Məhkəmənin tərkibi … dədə nəzərdə tutulmuş qaydalara zidd olaraq cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılması üçün hər hansı hakimin cəlb edilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver