QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 80

Maddə 80. Hakim

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

80.1. Cinayət mühakimə icraatında hakimin səlahiyyətləri bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

80.2. Birinci instansiya məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan, məhkəmə baxışına hazırlıq görülməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, yaxud digər qərarının icrasının təmin edilməsini həyata keçirən hakim bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş məhkəmə səlahiyyətlərindən istifadə edir.

80.3. Hakimlər kollegiyasının tərkibində cinayət işinə baxan hakim işə baxılması ilə əlaqədar ortaya çıxan bütün məsələlərin həllində digər hakimlərlə bərabər hüquqlardan istifadə edir.

80.4. Hakimlər kollegiyası tərəfindən məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında sədrlik edən və ya cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan hakim bu Məcəllənin 81-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver