QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 81

Maddə 81. Məhkəmə iclasında sədrlik edən

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

81.1. Cinayət işinə və ya materiala hakimlər kollegiyası tərəfindən baxılarkən məhkəmənin sədri, onun müavini və ya hakimlərdən biri sədrlik edir.

81.2. Sədrlik edən məhkəmə iclasının gedişinə rəhbərlik edir, cinayət işinə ədalətlə baxılmasının təmin edilməsi və məhkəmə baxışına və məhkəmə iclasında iştirak edən şəxslərin davranışına aid digər prosessual tələblərə əməl edilməsi üçün bu Məcəllədə nəzərdə tutulmuş bütün tədbirləri görür. Məhkəmə iclasında sədrlik edən baxılan cinayət işinə və materiala aidiyyəti olmayanları məhkəmə baxışından kənarlaşdırır.

81.4. Hakimlər kollegiyası tərəfindən işə baxılarkən məhkəmə iclasında sədrlik edən hakim işə baxılması və həll edilməsi ilə bağlı bütün məsələləri digər hakimlərin müzakirəsinə verir. VIII fəsil İttiham tərəfi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver