25.1. Bu Qanunun 11.1.2-ci maddəsi maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair maliyyə monitorinqi orqanı tərəfindən məbləğin minimum həddi müəyyənləşdirildikdən 6 ay sonra qüvvəyə minir.
25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş müddəa istisna olmaqla, bu Qanunun digər maddələri 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
25.3. Bu Qanun qüvvəyə mindiyi gündən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295, № 11, maddə 1959; 2018, № 7 (I kitab), maddə 1407, № 10, maddə 1973, № 11, maddə 2233; 2019, № 1, maddə 24, № 6, maddə 1002; 2021, № 12, maddə 1344) ləğv edilir.