Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Yüklülük sahiblərinin tələblərinin ödənilməsi növbəliyi

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olduqda, yüklülük sahiblərinin tələbləri aşağıdakı növbəliklə ödənilir:

6.1.1. birinci növbədə yüklülük predmeti barəsində bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan birini və ya bir neçəsini tətbiq etmiş yüklülük sahibinin tələbləri ödənilir;

6.1.2. ikinci növbədə yüklülük predmeti barəsində bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsulları tətbiq etməmiş yüklülük sahibinin tələbləri ödənilir;

6.1.3. bütün digər tələblər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

6.2. Üstünlük hüququ yüklülük sahibləri arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. Yüklülük sahiblərinin sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan yüklülük sahiblərinin yazılı razılığı ilə həyata keçirilir.

6.3. Dövlət yüklülüyü üzrə yüklülük sahibi öz üstünlük növbəsini xüsusi yüklülük üzrə yüklülük sahibinə güzəşt edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver