Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Daşınmaz əmlakın ləvazimatına (daşınar əşyalara) üstünlük hüququ

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Yüklülük sahibi daşınar əmlak üzərində yüklülük hüququnu həmin daşınar əmlak daşınmaz əmlakın ləvazimatına çevrilənədək, habelə belə çevrilmədən sonra reyestrdə qeydə aldıra bilər.

8.2. Daşınmaz əmlakın ipoteka saxlayanı ilə həmin daşınmaz əmlakın ləvazimatı olan daşınar əmlakın yüklülük sahibi arasında tələblərin ödənilməsində üstünlük aşağıdakı qaydada müəyyən edilir:

8.2.1. daşınmaz əmlaka birləşdirilmiş ləvazimat üzərində yüklülük hüququ reyestrdə qeydə alınmayıbsa, ipoteka saxlayan üstün hüquqa malikdir;

8.2.2. daşınmaz əmlaka birləşdirilmiş ləvazimat üzərində yüklülük hüququ reyestrdə qeydə alınıbsa və ləvazimat mövcud ipotekada olan daşınmaz əmlaka birləşdirilibsə, yüklülük sahibi üstün hüquqa malikdir;

8.2.3. daşınmaz əmlaka birləşdirilmiş ləvazimat üzərində yüklülük hüququ reyestrdə qeydə alınıbsa və ipoteka ləvazimata yüklülük hüququnun qeydə alınmasından sonra yaranıbsa, yüklülük sahibi üstün hüquqa malikdir;

8.2.4. daşınmaz əmlaka birləşdirilmiş ləvazimat üzərində yüklülük hüququ ləvazimat daşınmaz əmlaka birləşdirildikdən sonra ipoteka isə ləvazimat üzərində yüklülük hüququnun reyestrdə qeydə alınmasından əvvəl yaranıbsa, ipoteka saxlayan üstün hüquqa malikdir;

8.2.5. ipoteka hüququ ləvazimat daşınmaz əmlaka birləşdirildikdən sonra yaranıbsa və ləvazimat üzərində yüklülük hüququ reyestrdə qeydə alınıbsa, üstünlük ipoteka hüququnun yaranması və yüklülük hüququnun reyestrdə qeydə alınması anı ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver