Qanunvericilik › Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

daşınmaz əmlakın dövlət kadastrı (bundan sonra – dövlət kadastrı) – daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəriciləri üzrə məlumatlar məcmusu;

daşınmaz əmlakın dövlət kadastrı obyektləri (bundan sonra – dövlət kadastr obyektləri) – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən üzərində hüquqlar qeydiyyata alınmalı olan daşınmaz əmlak, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədləri, ərazi vahidlərinin və bələdiyyələrin sərhədləri, infrastruktur obyektləri, Azərbaycan Respublikasının daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, habelə digər təbiət obyektləri;

kadastr xəritəsi – dövlət kadastr obyektlərinin yerləşməsinin qrafik təsvirini və döngə nöqtələrinin koordinatları haqqında məlumatları əks etdirən, elektron formada tərtib edilən xəritə;

dövlət kadastr uçotuna alınma – daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsi;

texniki pasport – dövlət kadastr obyektinə dair qrafiki təsvirin və məlumatların rəqəmsal formada əks olunduğu texniki sənəd;

torpaqların monitorinqi — torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi;

yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver