Dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən və digər qanunvericilik aktlarından ibarətdir.
Dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin aparılması ilə əlaqədar meydana çıxan yerin təkindən, meşədən, sudan, təbii ehtiyatlardan istifadə üzrə münasibətlər bu Qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.