Qanunvericilik › Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Torpaqların monitorinqinin forma və növləri

Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında torpaqların monitorinqi torpaq üzərində müşahidə və təhqiqatların aparılması, məlumatların hazırlanması və ötürülməsi formalarında həyata keçirilir.

Torpaqların monitorinqi ətraf mühitin monitorinqinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının vahid torpaq fondunda aparılır və aşağıdakıları nəzərdə tutur:

müntəzəm müşahidələr, aerofotogeodezik və kartoqrafik tədqiqatlar əsasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin təyinatının, ölçülərinin, sərhədlərinin, digər kəmiyyət göstəricilərinin dəyişməsi;

torpaqlarda baş verən keyfiyyət göstəricilərinin dəyişməsinə nəzarət etmək və qeydə almaq məqsədilə torpaq sahələrində müntəzəm torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji və digər tədqiqatların aparılması.

Torpaqların monitorinqi əsasında torpaqların ekoloji vəziyyəti, istifadəsi və mühafizəsi barədə proqnozlar, proqramlar, xəritə və bülletenlər, digər məlumatlar hazırlanır.

Torpaqların monitorinqi respublika, regional və yerli proqramlar əsasında mülkiyyət formasından asılı olmayaraq ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver