Dövlət kadastrının məlumatları aşağıdakı işlərdə istifadə edilir:
torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında, torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına, digər torpaq mühafizəsi tədbirlərinə dair dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində;
yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında;
şəhərsalma, meşəsalma, tikinti, meliorasiya və irriqasiya işlərinin layihələşdirilməsində və aparılmasında;
torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin müəyyənləşdirilməsində;
torpaq vergisi dərəcələrinin və torpaq icarəsi haqqının müəyyənləşdirilməsində və tətbiqində;
torpaqların istifadəsinə, mühafizəsinə və torpaq münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində;
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsində;
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində;
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının bərpa olunan enerji mənbələrinin potensialı atlasının formalaşdırılması və aktuallığının təmin olunmasında.
III fəsil
Torpaq monİtorİnqİ