Qanunvericilik › Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Yerquruluşu işlərinin növləri

Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerquruluşu təyinatından asılı olaraq kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

Kompleks yerquruluşu inzibati-ərazi vahidləri üzrə torpaqların iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə əlaqədar normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətçilər, istifadəçilər və icarəçilər arasında bölüşdürülməsini və bu işlərin sənədləşdirilməsini nəzərdə tutur.

Təsərrüfatdaxili yerquruluşu torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin konkret torpaq sahəsində istehsalatın ərazi üzrə düzgün yerləşdirilməsinə və istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadəyə dair hazırlanmış tədbirlər sistemindən ibarətdir.

Kompleks və təsərrüfatdaxili yerquruluşu işləri yerquruluşu layihələri əsasında həyata keçirilir.

Kompleks yerquruluşu işləri dövlət yerquruluşu xidməti, təsərrüfatdaxili yerquruluşu işləri isə ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver