Yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı müvafiq ərazilərin kompleks yerquruluşu işləri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-2.5-ci maddəsində nəzərdə tutulan komissiyanın qərarı əsasında aparılır.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasının əhatə etdiyi ərazilərdə yeni formalaşmış torpaq sahələri torpaq mülkiyyətçiləri arasında konsolidasiya layihəsinə uyğun bölüşdürülür. Bu zaman aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə yerquruluşu işləri ilə yerdə (naturada) tədqiqat həyata keçirilir.
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
V fəsil
Dövlət kadastrı, torpaqların monİtorİnqİ və yerquruluşu İşlərİnİn dövlət tənzİmlənməsİ