7.1. Dövlət kadastr uçotuna alınma aşağıdakı ardıcıllıqla həyata keçirilir:
7.1.1. bu Qanunun 5.2-ci maddəsində qeyd olunan hallarla bağlı müraciətin və ya hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların Sistem vasitəsilə qeydiyyata alınması;
7.1.2. çöl ölçmə işlərinin (texniki inventarlaşma) aparılması;
7.1.3. çöl ölçmə işlərinin (texniki inventarlaşma) nəticələri ilə təqdim edilmiş sənədlərdə və dövlət kadastrında olan məlumatların uyğunluğunun yoxlanılması;
7.1.4. çöl ölçmə işləri (texniki inventarlaşma) nəticəsində əldə edilmiş kadastr məlumatları ilə təqdim edilmiş sənədlərdə və dövlət kadastrında olan məlumatlar arasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydalarla müəyyən edilmiş uyğunsuzluqların olmadığı müəyyən edildikdə məlumatların dövlət kadastrına daxil edilməsi.
7.2. Bu Qanunun 5.2.1-ci maddəsində qeyd edilən hal istisna olmaqla, dövlət kadastr uçotuna alınma 10 iş günü müddətində aparılır. Bu Qanunun 5.2.1-ci maddəsində qeyd edilən halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinin tələbləri tətbiq olunur.
7.3. Təqdim edilmiş sənədlərlə, dövlət kadastrında saxlanılan məlumatlarda və çöl ölçmə işləri (texniki inventarlaşma) nəticəsində əldə edilmiş məlumatlar arasında uyğunsuzluqlar və onların yaranma səbəbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.