7-1.1. Dövlət kadastr uçotuna alınmadan aşağıdakı hallarda imtina edilir:
7-1.1.1. dövlət kadastr uçotuna alınması tələb edilən əşya dövlət kadastr obyekti deyildirsə;
7-1.1.2. müraciət ixtiyarı olmayan şəxs tərəfindən edildikdə;
7-1.1.3. təqdim edilmiş sənədlərdə texniki səhvə yol verildikdə.
7-1.2. Dövlət kadastr uçotuna alınmadan əsaslandırılmış imtina barədə müraciət etmiş şəxsə 5 iş günü müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7-1.3. Dövlət kadastr uçotuna alınma bu Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan müraciətlərə baxılması ilə bağlı olduqda imtina əsasları və imtinanın verilmə qaydası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə tənzimlənir.