9.1. Daxili audit xidmətinin rəhbəri:
9.1.1. daxili auditorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlayır və təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim edir;
9.1.2. daxili auditlə bağlı hesabatı təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim edir;
9.1.3. audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təkliflər verir;
9.1.4. daxili auditorun müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə təsərrüfat subyektinin müvafiq idarəetmə orqanını məlumatlandırır;
9.1.5. daxili audit xidmətinin işinin təşkili üçün zəruri olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq idarəetmə orqanına müraciət edir;
9.1.6. daxili auditin metodologiyasına əsasən təsərrüfat subyektlərində daxili audit prosedurlarını müəyyən edir;
9.1.7. daxili auditorların işinin keyfiyyətini qiymətləndirir;
9.1.8. zəruri hallarda təsərrüfat subyektinin müvafiq idarəetmə orqanının razılığı ilə təsərrüfat subyektinin digər əməkdaşlarını auditin aparılmasına cəlb edir;
9.1.9. daxili audit xidmətinin fəaliyyəti ilə bağlı illik hesabatı təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim edir.