8.1. Daxili auditor ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit yaxud əlaqədar sahələrdə dörd illik iş stajına malik olmalıdır.
8.2. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər daxili auditor vəzifəsini tuta bilməzlər.
8.3. Təsərrüfat subyektində şəxsi marağı, onun təsisçisi və ya səhmdarı, müvafiq idarəetmə orqanının üzvü ilə və ya maliyyə hesabatlarının tərtib edilməsinə məsuliyyət daşıyan hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, daxili auditorun həmin təsərrüfat subyektində audit aparması qadağandır.